Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda ilk dəfə ISO 20121 - Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili sertifikatı əldə edilib.
Sfera.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən sertifikatın əldə edilməsinə dair COP29 Azərbaycan pavilyonunda təltif etmə mərasimi keçirilib.
Mərasimdə UNFCCC rəsmiləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəhbərliyi və strateji podratçıların nümayəndələri iştirak edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və audit prosesini aparmış “TÜV Austria” şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Zaur Fərzəliyev öz çıxışlarında bu sertifikatın əldə olunmasının əhəmiyyətini, bu nailiyyətdə komanda işinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlı tədbir idarəçiliyi prinsiplərinieffektiv şəkildə tətbiq etdiyi və bu prosesin uzunmüddətli təsirləri vurğulanıb.
Qeyd edək ki, Azərbaycan COP konfransları tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşüb.
Həmçinin, Azərbaycanda da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən əldə edilən bu sertifikat bir ilkdir.