COP29 Azərbaycan üçün asan başa gələn bir tədbir olmadı | Icma.az
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. COP29 Azərbaycan üçün asan başa gələn bir tədbir olmadı.
Ənənəvi olaraq yenə də bu beynəlxalq tədbir öncəsi bir çox Avropa ölkələrinin və ABŞ-nin yadına düşdü ki, Azərbaycanda insan hüquqları, seçki azadlığı və demokratik dəyərlər pozulur.
Bundan istifadə edərək ölkəmizə qarşı bir çox təzyiq alətindən istifadə etməyə çalışdılar.
Qərbin qeyri-səmimiliyi cəmiyyətimiz tərəfindən ciddiyə alınmadı.
Lakin ölkəmizdə bir çox problemlərin olduğunu aşkar şəkildə olmasa da, hər kəs qəbul edir.
Bununla belə Qərbin bu problem üzərində manipulyasiya etməsi xoş qarşılanmır.
Bütün bunlara baxmayaraq COP29 tədbirləri nəzərdə tutulduğu kimi keçirilir. Nəzərə almaq lazımdır ki, bu tədbirin əsas təşkilatçısı BMT-dir.
Ayrı-ayrı bölmlərin keçirilməsi, müəyyən zonaların təşkili, pavilyonların qurulması, iştirakçılar, müzakirə ediləcək sahələrin hamısı BMT-nin hazırladığı ssenari əsasında müəyyən edilib.
Tam oxu
Xəbəri oxu