Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan bir çox qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edib ki, onlardan biri də COP29-dur.
COP29 kimi bir layihənin ev sahibliyinin Azərbaycana etibar edilməsi rəsmi Bakıya dünya səviyyəsində göstərilən etimadın göstəricisidir.
1 ildən az müddətdə COP kimi qlobal layihəyə bütün hazırlıqların görülməsi və 80 dövlət və hökumət başçısının, 76 mindən çox tədbir iştirakçısının ölkəmizdə ağırlanması, onların BAKI COP-nun təşkili ilə bağlı müsbət rəylərinin alınması özlüyündə böyük bir uğurdur.
“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan yalnız inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin deyil, eyni zamanda kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin də marağını ön plana çəkərək, onlara iqlim dəyişilməsi ilə mübarizədə yardımın vacib olduğunu vurğulayıb.
Bu da Azərbaycanın qütbləşən dünyada insan faktorunu əsas tutduğunu, dolayısı ilə humanizm prinsiplərinə sadiq qaldığını göstərir.
Bu göstəricinin bir nümunəsi də Azərbaycanın COP29-da müstəmləkə idarəçiliyində olub ekoloji problemlərdən daha çox əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirməsidir.
COP29-da qazanılan uğurlardan bir çoxlarının öncədən ehtimal belə vermədiyi naliyyətlərdir.