Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır.
Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu.
Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli idi.
AZƏRTAC Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, əməkdaşlığa yönəlik səmimi niyyətlərinə və xalqın qonaqpərvərliyinə işıq salan COP29-un keçirilmə prosesini təhlil edir.
Azərbaycanın qonaqpərvərliyi və yüksək səviyyədə təşkilatçılıq qabiliyyəti COP29 konfransının iştirakçıları tərəfindən xüsusilə vurğulandı.
Beynəlxalq iştirakçıların - dövlət və hökumət başçılarının, tanınmış simaların və minlərlə qonağın Azərbaycanın təşkilatçılıq bacarıqlarını tərifləməsi ölkəmizin həm təhlükəsizlik, həm də peşəkarlıq baxımından qlobal nüfuzunu göstərdi.
Konfrans zamanı Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakçı olduğu və beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha sübut olundu.