Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"COP29-un Azərbaycanda keçirilməsi ilk növbədə Azərbaycanın beynəlxalq müstəvidə etimad ediləcək dövlət olduğunu göstərdi".
Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycana 80-dən çox dövlət və hökumət başçıları təşrif buyurdu: "Minlərlə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti fəalları, ekoloqlar bu tədbirdə çıxış etdilər.
Azərbaycan bu tədbiri yüksək səviyyədə təmin etməklə bütün çıxışçılar üçün bir platforma oldu.
Həmçinin Azərbaycan beynəlxalq dünyanın diqqətini cəlb etdi.
Həm də dünyanı regionda deyil, okeanda və dənizaşırı ada ölkələrində insan hüquqlarının pozulması, müxtəlif ölkələrin kiçik ada dövlətlərinə qarşı həyata keçirdiyi koloni siyasətinə həmin ada dövlətlərini də dəvət etməklə bir daha onların problemlərini, ekoloji problemlərini dünyanın gündəminə çıxardı.
Bu günə kimi belə proses olmamışdı. Azərbaycanın COP29 tədbirində itirdiyi olmadı, daha çox qazandı.