Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu günlərdə beynəlxalq ictimaiyyətin diqqəti yenidən Azərbaycana yönəlib.
Noyabrın 11-dən Bakıda öz işinə başlayan və dünyanın ən mötəbər beynəlxalq tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir.
Respublikamız üçün yeni dividendlər Tərəflər Konfransının Bakı sessiyasının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizənin daha da gücləndirilməsinə, qlobal məkanda «yaşıl enerji»yə keçidin sürətləndirilməsinə xüsusi töhfələr verəcəyi şübhəsizdir.
COP29-un ilk iş günündə tərəflərin karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəlmələri bunu təsdiq edir.
Bundan başqa beynəlxalq maliyyə korporasiyaları və banklar iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizəyə öz maliyyə töhfələrini artıracaqları ilə bağlı açıqlamalar verirlər.
Məsələn, Dünya Bankı bu istiqamətdə maliyyə töhfəsini 170 milyard ABŞ dollarına çatdıracağını bildirib.
Eyni zamanda COP29 iştirakçı ölkələr arasında razılaşmaların əldə edilməsi, invesitiyaların cəlbi baxımından mühüm fürsətdir.