COP29: Azərbaycanın qlobal liderlik yolunda növbəti addımı | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizə qazandıracağı diplomatik üstünlüklərdən bəhs olunub.
Bildirilib ki, iki həftə ərzində dünyanın gözü Azərbaycanda olub.
Minlərlə insan iqlim dəyişikliyi ilə mübarizəyə dair müzakirələrin iştirakçısı olmaq üçün Bakıda qonaq idi: "Amma COP29 təkcə ekoloji tədbir deyil, həm də yeni geosiyasi mənzərə formalaşdıra biləcək diplomatik zirvə qismində çıxış edirdi.
Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan üçün bu sessiya həm ətraf mühitin mühafizəsi, həm də diplomatik münasibətlərin inkişafı baxımından çox önəmlidir".
Vurğulanıb ki, Azərbaycan COP29-la iqlim dəyişikliyinə beynəlxalq reaksiyaların formalaşdırılmasında öz rolunu yenidən müəyyən edir və bununla da yeni mərhələyə qədəm qoyur: "Tədbir iqlim dəyişikliyi ilə mübarizəyə sadiq olan dövlətlərin qlobal toplantısı kimi Azərbaycanın əsas müttəfiqləri və tərəfdaşları ilə ünsiyyət platforması idi.
Onun mümkün nəticələri Azərbaycanı təkcə ətraf mühitin mühafizəsi üzrə məsuliyyətli idarəçi kimi deyil, həm də qlobal arenada fəal və nüfuzlu oyunçu kimi ortaya çıxara bilər".
Əlavə olunub ki, COP29-a ev sahibliyi ilə bağlı çoxşaxəli diplomatik ölçülər Azərbaycanın qlobal öhdəliklərini daxili prioritetlərlə balanslaşdırmağa qadir olan dövlət kimi göstərir: "Azərbaycan iqtisadi inkişafı üçün vacib olan enerji təhlükəsizliyi ilə ekoloji təmizlik arasında incə tarazlıq əldə edib.
Tam oxu
Xəbəri oxu