COP29 Azərbaycanın yaratdığı yeni reallıqların dünyada qəbul olunmasını simvollaşdırdı | I…
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır.
Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu.
Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli idi.Teleqraf.com xəbər verir ki, Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, əməkdaşlığa yönəlik səmimi niyyətlərinə və xalqın qonaqpərvərliyinə işıq salan COP29-un keçirilmə prosesini təhlil edir.Azərbaycanın qonaqpərvərliyi və yüksək səviyyədə təşkilatçılıq qabiliyyəti COP29 konfransının iştirakçıları tərəfindən xüsusilə vurğulandı.
Beynəlxalq iştirakçıların - dövlət və hökumət başçılarının, tanınmış simaların və minlərlə qonağın Azərbaycanın təşkilatçılıq bacarıqlarını tərifləməsi ölkəmizin həm təhlükəsizlik, həm də peşəkarlıq baxımından qlobal nüfuzunu göstərdi.
Konfrans zamanı Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakçı olduğu və beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha sübut olundu.Bildiyimiz kimi, COP konfransları dünya siyasətinin “olimpiadası” kimi qəbul edilir.
Bu tədbir iqlim dəyişikliyi ilə bağlı qlobal qərarların qəbul olunduğu və dövlətlərin strateji əməkdaşlıq imkanlarının müzakirə edildiyi ən ali platformalardan biridir.
Çox az ölkə belə yüksəksəviyyəli tədbirləri müvəffəqiyyətlə keçirə bilir.
Tam oxu
Xəbəri oxu