Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, açılış mərasimində COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber açılış nitqi ilə çıxış edib.
O, tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.
Sultan Ahmad Al-Jaber COP 28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışıb və COP29-un da növbəti uğura imza atacağına əmin olduğunu bildirib.
COP28 Prezidenti Azərbaycanla birlikdə “Troyka” çərçivəsində əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.Sonra Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilib.
COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.M.Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirib.
Deyib ki, COP29 hər kəs üçün bir fürsətdir və bu fürsəti əldən vermək olmaz.
COP29-un Prezidenti qeyd edib ki, iqlim problemləri nəticəsində yaranan təbii fəlakətlər olduqca ağır nəticələrə səbəb olur.