COP29: Baykal diyarının evenkləri öz problemlərini beynəlxalq səviyyədə bəyan etdilər | Ic…
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiyanın Baykal diyarında maral yetişdirilməsi, ovçuluq və balıqçılıqla məşğul olan evenklərin ənənəvi həyat tərzi qlobal istiləşmə səbəbindən təhlükə altındadır".
Bu barədə Oxu.Az-a açıqlamasında Baykalın "Şimalın azsaylı xalqlarının assosiasiyası" regional ictimai təşkilatının prezidenti Viktoriya Darmayeva bildirib.
O, Baykalın sayına görə ikinci yerli əhalisi olan və Rusiyanın Sibirdən Saxalinədək 11 regionunda yaşayan evenklərin üzləşdiyi problemlərdən danışıb.
Darmayeva qeyd edib ki, maral yetişdirilməsi, ovçuluq və balıqçılıqla məşğul olan evenklərin ənənəvi həyat tərzi qlobal istiləşmə səbəbindən təhlükə altındadır.
"Bölgəmiz üçün tipik olmayan heyvanlar və quşlar ortaya çıxır.
Maral yetişdirənlərin başqa bir problemi var: istiləşmə ilə əlaqədar marallar gec balalayır, gec doğulan maral balaları isə ölür", - deyə Viktoriya Darmayeva qeyd edib.
Onun sözlərinə görə, ovçular da iqlim dəyişikliyindən əziyyət çəkirlər.
Tam oxu
Xəbəri oxu