Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi.
Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa, Avropa İttifaqının tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edi
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
Siyasi şərhçi qeyd edib ki, COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi: “Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyə yardımının ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur.
Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitinın inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb.
Bu dəfə də, COP29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi.
Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasəti aparan dövlətin imicinə böyük bir zərbədir.