COP29 böyük uğurla keçir Mixail Qusman | Icma.az
Icma.az, Metbuat saytına istinadən bildirir. "Mən Dubayda COP28-də olmuşam.
Biləndə ki, Azərbaycan yekdilliklə növbəti COP29 konfransının keçiriləcəyi məkan kimi seçilib, bir tərəfdən, təbii ki, hədsiz sevindim, digər tərəfdən isə narahat olmağa başladım.
Çünki başa düşürdüm ki, belə bir tədbiri təşkil etmək üçün Azərbaycanda ən müxtəlif nazirliklərdə və idarələrdə olan dostlarım və həmkarlarım böyük iş görməli olacaqlar".Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində “TASS” Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
“Düzdür, bundan əvvəl Azərbaycanda çoxlu müxtəlif genişformatlı tədbirlər keçirilib, lakin indiyədək belə bir böyük tədbir təşkil olunmayıb.
Bir düşünün - 70 mindən çox iştirakçı, onlarla dövlət başçısı!..
Mən bu cür fantastik hazırlığa görə bütün təşkilat komitəsinə, bu təşkilat komitəsinin müxtəlif bölmələrinin rəhbərlərinə ehtiramımı bildirirəm”, - deyə M.Qusman qeyd edib.O, COP29 məkanının uğurlu seçildiyini vurğulayaraq deyib: “Deməliyəm ki, birincisi, mənə elə gəlir ki, Bakı Stadionunun bütün konfransların mərkəzi kimi seçilməsi çox müdrik qərar idi.
O, təbii olaraq transformasiya olunmuş və Dövlət Başçıları Sammitindən tutmuş jurnalistlərin işinə qədər bütün tədbirlərin keçirilməsi üçün ideal, əlverişli məkana çevrilmişdir.
Bütün bunlar çox yığcam və rahatdır. İkincisi, bu, şəhəri həddindən artıq yükdən azad etdi.
Tam oxu
Xəbəri oxu