COP29: Bu qərarlar bütün dünya üçün uğurlu olacaq

13.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

"Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlaqələrin genişlənməsi, onların yaxınlaşması baxımından çox vacibdir".

News2.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılış mərasimində bildirib.

"COP29-da qəbul ediləcək qərarların bütün dünya üçün uğurlu olacağına inanıram. Şəhərlərimizdə qaz emissiyalarının azalması və daha yaşamalı yerlərin olması üçün mübarizə aparırıq", - deyə qeyd edib.//publika

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью