Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.
Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz İsrailin Regional Əməkdaşlıq Nazirliyinin baş direktoru Gilad Şadmondur.
Milli.Az xəbər verir ki, Gilad Şadmon Trend-ə özəl müsahibəsində bildirib ki, COP29 çox yüksək səviyyədə keçir və Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib.
"COP29 COP-dan sonrakı birgə işlərin davam etdirilməsi üçün başlanğıc olacaq.
COP29-dan sonra birləşəcək icmalar yaratdığımız zaman bu COP-u, həqiqətən, vəziyyəti dəyişən vacib bir mərhələ kimi xatırlayacağıq", - deyə o bildirib.
G.Şadmonun fikrincə, COP29 ümumi problemlərin əməkdaşlıqla həlli yollarını müzakirə etmək üçün bir fürsətdir.
"İqlim böhranı ümumi bir problemdir. Bu, yalnız İsrailin, Azərbaycanın, Yunanıstanın, Qazaxıstanın və ya digər region ölkələrinin problemi d