Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
COP29 burada iştirak edən ölkələrin öz iqlim hədəflərini açıqlaması üçün mükəmməl bir imkandır".
Publika.az xəbər verir ki, bunu COP29 Prezidentliyinin mətbuat konfransında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O əlavə edib ki, sözügedən prosesin tənzimlənməsi üçün bütün kritik sahələrdə istehsal prosesinin avtomatlaşmasına nail olunmalıdır: "Mən ümid edirəm ki, razılıq əldə ediləcəyi halda tərəflər bu razılaşmanın icrası üçün yetərincə resurslar tapmağa nail ola biləcək.
Bizim mövqeyimiz ondan ibarətdir ki, bütün ölkələr özlərinin iqlim dəyişikliyi ilə mübarizə siyasətini ictimailəşdirsin və onların arasında təcrübə mübadiləsi aparılsın.
Mən hesab edirəm ki, iqlim dəyişikliyi ilə mübarizənin daha bir vasitəsi sənayedə rəqəmsallaşmanın təminatı, bütün kritik sahələrdə istehsal prosesinin avtomatlaşmasına nail olunmasıdır.
Bu hədəf təmin edilmdən iqlim dəyişikliyi ilə mübarizədən danışmaq çox çətindir.
Bunun üçün isə əhəmiyyətli sahələrə investisiyaların, habelə dövlət dəstəyi proqramlarının tətbiqi xüsusi önəm daşıyır".