COP29 çərçivəsində “Afrika Dayanıqlı Ticarət Təşəbbüsü” ilə bağlı sessiya keçirilib | Icma…
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. COP29 çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri Ticarət Mərkəzinin t
Sessiyada Afrikada dayanıqlı ticarətin gələcəyinin formalaşdırılması məsələləri müzakirə olunub.
Afrika İxrac-İdxal Bankının icraçı vitse-prezidenti Kanayo Avani bildirib ki, COP29-da iştirak Afrika ölkələrindən olan nümayəndələr üçün mühüm əhəmiyyət kəsb edir.
İqlim dəyişikliyinin təsirləri təkcə qlobal ekosistemə deyil, həm də cəmiyyətlərin sosial-iqtisadi inkişafına ciddi təsir göstərir.
Bu təsirlərlə mübarizə aparmaq və daha davamlı gələcək qurmaq üçün hərtərəfli düşünülmüş yanaşmaların və kollektiv səylərin vacibliyi danılmazdır.
O, Afrika üçün xüsusi əhəmiyyət kəsb edən davamlı ticarətin roluna da toxunub.
Qeyd edib ki, Afrika qitəsi iqlim dəyişikliyinə qarşı mübarizədə həm dayanıqlılığın artırılması, həm də iqtisadi inkişafa töhfə verəcək ticarət mexanizmlərinin inkişaf etdirilməsinə ehtiyac duyur.
COP29-dakı müzakirələr yalnız qlobal iqlim hədəflərinə töhfə vermək deyil, həm də Afrikanın ticarət potensialını iqlim dəyişmələrinə uyğun şəkildə genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Tam oxu
Xəbəri oxu