Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 15 noyabr, AZƏRTAC COP29 çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri Ticarət
Afrika İxrac-İdxal Bankının icraçı vitse-prezidenti Kanayo Avani bildirib ki, COP29-da iştirak Afrika ölkələrindən olan nümayəndələr üçün mü
İqlim dəyişikliyinin təsirləri təkcə qlobal ekosistemə deyil, həm də cəmiyyətlərin sosial-iqtisadi inkişafına ciddi təsir göstərir.
Bu təsirlərlə mübarizə aparmaq və daha davamlı gələcək qurmaq üçün hərtərəfli düşünülmüş yanaşmaların və kollektiv səylərin vacibliyi danılmazdır.
O, Afrika üçün xüsusi əhəmiyyət kəsb edən davamlı ticarətin roluna da toxunub.
Qeyd edib ki, Afrika qitəsi iqlim dəyişikliyinə qarşı mübarizədə həm dayanıqlılığın artırılması, həm də iqtisadi inkişafa töhfə verəcək ticarət mexanizmlərinin inkişaf etdirilməsinə ehtiyac duyur.
COP29-dakı müzakirələr yalnız qlobal iqlim hədəflərinə töhfə vermək deyil, həm də Afrikanın ticarət potensialını iqlim dəyişmələrinə uyğun şəkildə genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
O, belə beynəlxalq platformaların davamlı inkişafın təmin olunması istiqamətində qitənin kollektiv gücünü və qlobal əməkdaşlıq səylərini gücləndirəcəyinə ümid etdiyini bildirib.Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit nazirinin müavini Məhəmməd Əl Nuaymi çıxışında qloballaşan və qarşılıqlı asılılığın artdığı dünyada dayanıqlı ticarət praktikasının mühüm rol oynadığını vurğulayıb.