COP29 çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi “İnklüzivlik Günü” ilə bağlı tədbir keçirib AZƏRTAC

18.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnklüzivlik Günü” ilə əlaqədar “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Yaşıl Zonada yerləşən İncəsənət Pavliyonunda keçirilib.

Burada “Birgə və Sağlam” İctimai Birliyinin gəncləri tərəfindən piano və xor ifası səsləndirilib.

Tədbirin məqsədi inklüzivliyin və bərabərliyin əhəmiyyətini vurğulamaq, gənclərin yaradıcı potensialını önə çıxarmaq və iqlim dəyişikliyinə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə iştiraka çağırışını təmin etmək olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью