COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11.11.2024

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq mövzusunda liderlərin toplantısı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclas Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə DİF-in rəhbər şəxsləri, hökumət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.

Görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью