COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək Xəbər saytı Son xəbərlər və Hadisələr

11.11.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq mövzusunda liderlərin toplantısı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclas Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə DİF-in rəhbər şəxsləri, hökumət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.

Görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью