COP29 çərçivəsində “Ekomed İctimai Birliyi iqlim maliyyəsi mövzusunda müzakirə aparıb AZƏRTAC

14.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də "Ekomed" İctimai Birliyi Yaşıl Zonada yerləşən Milli QHT Pavilyonunda "İqlim maliyyələşdirməsi və şəffaflıq: hesabatlılığa aparan yollar" adlı yan tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iqlim dəyişmələri ilə mübarizədə şəffaflığın və hesabatlılığın artırılmasının vacibliyi vurğulanıb, beynəlxalq və regional səviyyədə iqlim maliyyələşdirməsi sahəsində təcrübəli mütəxəssislər və icma liderləri bir araya gəliblər.

Tədbirdə QHT-lərin iqlim maliyyəsi istiqamətindəki rolu və töhfələri vurğulanıb, “ReCATH” təşəbbüsləri vasitəsilə iqlim maliyyələşdirməsində etibarlılıq və hesabatlılığın yaradılmasına dair təqdimatlar edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью