Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend tədbiri açaraq dedi: -Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar, sizi salamlayıram.
İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu cür mühüm müzakirədə hamınızı salamlamaqdan məmnunam.
Biz iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərini eşitmək şərəfinə nail olacağıq.
Bugünkü tədbiri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə açmaqdan şərəf hissi duyuram.
Cənab Prezident Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub.