COP29 çərçivəsində iqlimə dayanıqlı aqrar sektorun inkişafına dair tədbir | Icma.az
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda COP29 çərçivəsində “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib.
SİA xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə keçirilən tədbirdə AKİA-nın rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla, özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov dövlət dəstəyi mexanizmləri və onların təsirinin artırılması yolları mövzusunda çıxış edib.
O, əvvəlcə Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni dəyişikliklərlə bağlı ətraflı məlumat verib.
Daha sonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçün yaratdığı imkanlardan danışıb.
AKİA-nın sədr müavini Mehman İsmayılov kənd təsərrüfatının maliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarının rolundan danışıb.
Həmçinin dövlət-özəl tərəfdaşlığının dayanıqlı kənd təsərrüfatı üçün necə əsas olduğunu vurğulayıb.
Tam oxu
Xəbəri oxu