Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.Sessiya çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib.Əvvəlcə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq açılış nitqi söyləyib, görüşün əhəmiyyətini vurğulayıb.ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik tədbirdə iştirakından məmnunluğunu bildirib.Qeyd edib ki, iqlim dəyişiklərinin mədəniyyətə təsiri get-gedə artmaqdadır: "Biz gələcəyimiz üçün mədəni irsimizi qorumağa çalışacağıq.
Bugünkü tədbirdə də məhz bununla bağlı çıxış yollarından söz açılacaq".Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Francesca Maria Gujral iqlim böhranına qarşı davamlı həllərin tapılmamasından təəssüfləndiyini söyləyib.
Bildirib ki, bu sahədə fundamental inkişafa nail olmaqla həm də öz mədəniyyətimizi qorumalıyıq.
UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois deyib ki, bu gün iqlim dəyişikliyi nəticəsində çoxsaylı mədəni irs nümunəsi məhv olmaq üzrədir.
Bunun qarşısını almaq üçün müxtəlif strategiyalar həyata keçirmək lazımdır.Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qurum tərəfindən ölkəmizdə mədəni irs abidələrinin qorunması istiqamətində görülən işlərdən danışıb: "Mədəni irsimizin gələcək nəsillərə ötürülməsi çox vacibdir.
Bu sahədə inkişafa nail olmaq üçün birgə səylər göstərilməlidir.
Mən inanıram ki, mədəniyyət sahəsinə qayğı ilə eyni zamanda daha yaşıl dünyanı gələcək nəsillərə buraxa biləcəyik".UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi xanım Dana Firas bildirib ki, mədəni irsi iqlim dəyişikliyi məsələlərinə inteqrasiya etmək artıq zərurətə çevrilib: "Ötən il təşkil edilən COP28-də bununla bağlı çox uğurlu tədbirlər keçirildi.