COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq Yeni Çağ Media

14.11.2024

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 20-də COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Yenicag.az xəbər verir ki, tədbirin  məqsədi ölkələri Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasına təşviq etməkdir.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:

– Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr;

– İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu;

– Enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri;

– Dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu;

– Nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları;

– Çoxtərəfli İnkişaf Banklarının dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafında rolu.

Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью