COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib | Icma…
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib COP29 çərçivəsində “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.
Oxuməni.az xəbər verir ki, tədbir COP29 Sədrliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də səmərəli və ədalətli iqlim fəaliyyətinin əsasını təşkil edir.
İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, xüsusən də gender əsaslı bərabərsizlikləri daha da dərinləşdirir.
Qadınlar və qızlar xüsusilə həssas qruplardır və iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas rol oynayırlar.
Nazir bildirib ki, bir-biri ilə əlaqəli iqlim və biomüxtəliflik böhranları milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq təhlükəsizliyinə səbəb ola bilər.
Qadınlar və qızlar bu problemlərin həll yollarının ön cəbhəsindədirlər, iqlim çağırışlarının həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirirlər.
Tam oxu
Xəbəri oxu