Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır. Ekoloji problemlər, iqlim dəyişmələri mənəvi baxımdan dəyərləndiriləcəkDini və mil
30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qi
Azərbaycan dünya dini liderlərinin bundan əvvəlki ümumdünya sammitlərinə də uğurla ev sahibliyi edib.
Bu baxımdan Azərbaycanın dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etməsi və III Sammiti təşkil etməsi, həqiqətən də, ölkəmizin növbəti beynəlxalq töhfəsidir.
Prezident İlham Əliyev Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısı sözügedən müraciətində dini liderlərin roluna toxunaraq qeyd edib ki, “bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.
İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.
Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.