COP29 Dünya liderləri Azərbaycanın COP29a | Icma.az
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, yüksək səviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.
COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Əziz Qardaşım adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.
Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb.
Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyi vurğulayaraq, ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.
İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib.
Tam oxu
Xəbəri oxu