Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 13-də COP29-da Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda “Environmental Protection First” (EPF) Koalisiyası “Ermənistanın dağ-mədən fəaliyyətinin Cənubi Qafqazda ətraf mühitə ekoloji təsirləri” mövzusunda yan tədbir keçirib.Bu barədə Bakupost.az -a Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.
Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti dağ-mədən fəaliyyətinin ekoloji fəsadları mövzusunda hələ də susur, yerli və xarici QHT-lərin müraciətlərinə cavab vermir.
A.Məmmədov qeyd edib ki, Ermənistan beynəlxalq ekoloji norma və standartlara məhəl qoymayaraq, dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdə Azərbaycan və beynəlxalq təşkilatların ekoloji monitorinqlər aparılmasına şərait yaratmır.
Koalisiya üzvləri bir daha Ermənistanın dağ-mədən sənayesində işləyən şirkətləri Ətraf Mühitin Qiymətləndirilməsi Sənədlərini ictimailəşdirməyə çağırıb.
Xüsusi vurğulanıb ki, bu sənədlərin ictimaiyyətdən gizlədilməsi görünməmiş hadisədir.
Koalisiyaya daxil olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - Azərbaycan, ingilis və erməni dillərində hazırlanmış “Ermənistanın mineral xammal resursları” adlı xəritə üzərində mövzunu auditoriyaya izah edib.
Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.