COP29 “Həmkarlar ittifaqları üçün strateji gün” | Icma.az
Icma.az, Azvision saytına istinadən bildirir. AzVision.az xəbər verir ki, “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda keçirilən təd
BHİK-nın Baş katibi Luk Trianql iştirakçılara tədbirin məqsədi və mövzusu barədə məlumat verib, əhəmiyyətindən söz açıb.
O həmçinin COP29-un nümunəvi təşkilindən və gedişindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin və nəticənin iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə faydalı olacağını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə keçirilən COP29-dan bəhs edib.
Bildirib ki, məsuliyyətli ölkə olan Azərbaycan hər zaman qlobal problemlərə həssas yanaşır, dövlətimizin başçısı cənab İlham Əliyev bəşəriyyətin gələcəyi ilə bağlı önəmli təşəbbüslər irəli sürür.
Onun sözlərinə görə, Azərbaycan bu mötəbər beynəlxalq tədbiri - COP29-u yüksək səviyyədə təşkil edib, bu çərçivədə bütün işlər sistemli aparılır.
Azərbaycanın yaşıl gündəliyindən də danışan Konfederasiya sədri iqlim dəyişmələri ilə mübarizədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri xatırladıb, bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın önəminə diqqət çəkib.
Qeyd edib ki, COP29 işçilərin hüquqlarının və sosial ədalətin müdafiəsi, iş şəraitinin yaxşılaşdırılması kimi aktual məsələlərin müzakirəsi üçün də unikal platformadır.
Tam oxu
Xəbəri oxu