COP29 I COP29 çərçivəsində SOCAR ilə “İtalgas” şirkəti

13.11.2024

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “İtalgas” şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.
Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə “Picarro” texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəd tərəflər arasında qaz paylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью