COP29 iştirakçıları həmin yoldan ödənişsiz istifadə edəcək

07.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkəmizdə keçiriləcək COP29 qlobal iqlim konfransı üzrə akkreditasiyadan keçmiş şəxslərin dəmiryol nəqliyyatına tələbatının yüksək səviyyədə qarşılanması üçün qatarlardan ödənişsiz istifadəni təmin edir.

ADY-dən Globalinfo.az-a verilən məlumata görə, konfransda iştirak haqqında rəsmi akkreditasiya sənədini təqdim edən şəxslər, o cümlədən xarici vətəndaşlar 9-24 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla ödənişsiz səfər edə biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью