COP29 iştirakçıları üçün ictimai nəqliyyat pulsuzdur | Icma.az
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gündən etibarən 10 gün müddətində Bakıda qlobal COP29 konfransı keçiriləcək.
Moderator.az musavat.com-a istinadən bildirir ki, akkreditasiyadan keçmiş bütün şəxslər üçün ictimai nəqliyyat pulsuzdur.
Belə ki, akkreditasiyadan keçən hər kəs metro, avtobus və dəmiryol nəqliyyatından noyabr ayının 24-nə kimi pulsuz istifadə edəcək.
Bundan əlavə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionuna getmək olar.
Bakı Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - "Fast Track" yaradılıb ki, həmin zolaqdan istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu