COP29 iştirakçısı: Enerji keçidinin açarı texnologiya, maliyyə və təfəkkürün dəyişməsidir AZƏRTAC

19.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 noyabr, AZƏRTAC

Yaşıl enerji keçidinə ehtiyac var. Enerji keçidinin öhdəsindən gəlmək üçün uzun və qalıcı həll yolu müəyyən etmək lazımdır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İqlim Fəaliyyəti Tərəfdaşlığının üzvü Balasubramanyam Chandramohan deyib.

O qeyd edib ki, insanlara problemin qlobal olduğunu çatdırmaq lazımdır.

“Bunu etməklə biz müxtəlif sahələrdə sosial, siyasi, elmi sahələrdə bəzi fəaliyyətlərə uzunmüddətli təsir göstərə biləcəyik. Keçidin açarı, əlbəttə ki, texnologiyadır, maliyyədir, həm də təfəkkürün dəyişməsidir. COP29-da problemin həlli maliyyə mövzusuna yönəlib. Bizə vurulan zərəri azaltmaq, eyni zamanda, gələcəyə keçid qurmaq üçün maliyyə mütləqdir”, - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью