COP29 karbon daxilolma sisteminin qurulması ilə bağlı əməkdaşlıq üçün mükəmməl fürsətdir |…
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
COP29 karbon daxilolma sisteminin qurulması ilə bağlı əməkdaşlıq üçün mükəmməl bir imkandır.
Milli.Az xəbər verir ki, bunu Çinin Tayxu gölü (Usi şəhəri) üzərində yerləşən Yaşıl İnkişaf və Karbon Daxilolma Mərkəzinin direktoru Lyu Dzefen (Liu Zefeng) "Çin İnvestisiya Assosiasiyası: sıfır karbon təsviri" mövzusunda keçirilən panel müzakirədə bildirib.
"COP29 üç əsas istiqamətdə birgə fəaliyyətin müzakirəsi üçün unikaldır: karbon daxilolma sisteminin yaradılması, könüllü emissiya azaldılması üçün regional bazarların inkişafı və kadr mübadiləsi.
Məqsədimiz ekoloji sivilizasiyanı inkişaf etdirmək və insanların təbiətlə harmoniyada yaşamasına yardımçı olmaqdır", - o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
Tam oxu
Xəbəri oxu