Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlumdur ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.
Bəs partiya sədrləri COP 29-u necə dəyərləndirir? SİA mövzu ilə bağlı sorğu edərək onların fikirlərini öyrənib.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu: “COP29 dünya əhəmiyyətli, olduqca mühüm bir beynəlxalq tədbirdir.
Belə mühüm bir tədbirə dövlətimizin ev sahibliyi etməsi olduqca fəxarətlidir.
Hesab edirəm ki, Azərbaycanımız dünyada multikulturalizm və tolerantlığın mərkəzi olması ilə yanaşı, həm də bəşəri dəyərlər uğrunda fədakarlıq edən bir dövlət olaraq hər zaman özünəməxsus zirvədə duracaq.
COP29-a dünya dövlətlərinin və dünya liderlərinin marağı, bu maraq fonunda Azərbaycanın ev sahibi olaraq bu günədək keçirilmiş 28 belə tədbiri kölgədə qoyacaq səviyyədə COP29-a hazırlaşması - Azərbaycanın həm də dünyada etibarlı, işinə dəqiq bir partniyor kimi tanınması ilə nəticələnəcək.