Icma.az, Reyting.az portalına istinadən məlumat verir. “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu s
Bu, qlobal xarakterli tədbirdir, bu tədbirdə demək olar ki, dünyanın bütün ölkələri iştirak edir.
Bu tədbirə ev sahibliyi edən ölkə eyni zamanda özünü təbliğ edir, dünyaya tanıdır, öz mədəniyyətini, dövlət təcrübəsini, cəmiyyətinin tolerant və mədəni səviyyəsini ortaya qoyur.
Yalnız bu aspektlərə görə, COP29-un ölkəmizdə keçirilməsi müstəsna əhəmiyyətə malikdir.
Bu tədbir bir tərəfdən dünyada qlobal iqlim problemlərinin həllini hədəfləyirsə, digər tərəfdən onun keçirildiyi ölkə dünyanın diqqət mərkəzində olur”.
Bu sözləri Reyting.az-a professor Qabil Hüseynli COP29 tədbirinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışarkən deyib.
Professor qeyd edib ki, Azərbaycan bu tədbiri keçirməklə böyük dövlət olmağa iddiasını ortaya qoyub, çünki qlobal tədbirləri böyük və güclü dövlətlər keçirə bilər.
Onun sözlərinə görə, belə qlobal tədbiri keçirmək hər ölkənin imkanında deyil: “İndiki reallıqlar çərçivəsində MDB məkanında bu tədbiri yalnız Azərbaycan keçirmək gücünə malikdi və bunu da göstərdi.