Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlət və dairələrin bütün cəhdlərinə baxmayaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Sammiti - COP29 Bakıda yüksək səviyyədə keçirilir.
Prezident İlham Əliyev bu gün liderlərin sammitindəki çıxışında həmin dövlət və dairlərə xitabən deyib: “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.
Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər.
Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin.
Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var.
Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var.
Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, Azərbaycana xoş gəlmisiniz!” Göründüyü kimi, Bakıdan COP29 kürsüsündən ən yüksək səviyyədə verilən mesaj artıq ünvanına çatıb.