COP29: Malavi və Anqola vitseprezidentləri Bakıya gəldi Yeni Sabah

10.11.2024

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Yenisabah.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta da Azərbaycan Respublikasına səfərə gəlib.

Onu kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью