COP29 maliyyə hədəfi üçün effektiv mühit yaradır Xəbər saytı Son xəbərlər və Hadisələr | I…
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyə hədəfi üçün effektiv mühit yaradır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
O, bütün dünyanın Bakıda toplaşdığını xatırladıb: "196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması konfransın miqyasının və nüfuzunun göstəricisidir.
Bir neçə gündür COP29 çərçivəsində səmərəli müzakirələr aparılır".
K.Nurullayeva deyib ki, COP29-dan böyük gözləntilər var: "Bunlardan biri də 2015-ci ildə imzalanmış Paris razılaşmasının 6-cı maddəsilə əlaqədardır.
Belə ki, 9 il əvvəl imzalanmasına, çoxsaylı müzakirələrə baxmayaraq, sənədin karbon bazarlarını əhatə edən 6-cı maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb.
Məlumdur ki, 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır.
Tam oxu
Xəbəri oxu