COP29 öncəsi səyləri birləşdirməyə çağırdılar | Icma.az
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. COP sədrlərinin (Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya) hökumətlərinin nüma
Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Görüşə Böyük Britaniya hökumətinin nazirləri - energetika naziri Ed Milibend, inkişaf naziri Anneliz Dodds və ekologiya naziri Stiv Rid rəhbərlik ediblər.
Üç dəyirmi masa bərpa olunan enerjiyə keçidin maliyyələşdirilməsinə, iqlim dəyişkənliyinə dayanıqlılığa sərmayə yatırılmasının sürətləndirilməsinə və plastik çirklənməyə son qoymaq üzrə qlobal razılaşmaya həsr olunub.
“Görüşlər Böyük Britaniyanın özəl sektordan və maliyyə institutlarından daha çox maliyyə cəlb etmək üçün yeni və genişləndirilmiş maliyyələşdirmə hədəfinə nail olmaqda aparıcı rol oynamağı və inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrinin azaldılması üçün yardımı genişləndirməyi planlaşdırdığı COP29-dan əvvəl baş tutub”, - məlumatda deyilir.
İqlim modellərinin dəyişməsi Braziliyanın Amazon bölgəsinin bütün müşahidə tarixi ərzində ən ciddi quraqlıqlardan birini yaşamasına gətirib çıxarıb, Banqladeşdə getdikcə artan şiddətli daşqınlar və fırtınalar isə alçaqda yerləşən regionları dəniz səviyyəsinin yüksəlməsi ilə su altında qalmaq riski ilə üz-üzə qoyur.
Həm Böyük Britaniyada, həm də dünyada iqlim dəyişikliyi ilə mübarizə enerji təhlükəsizliyini, iqtisadi artımı və indiki və gələcək nəsillərin qorunmasını təmin etmək üçün vacibdir.
Hər bir dəyirmi masada hökumətin iqlim gündəliyini dəstəkləmək üçün iştirakçılarla razılaşmaların əldə edilməsinə və Bakıda səmərəli dialoq üçün zəmin yaradılmasına diqqət yetirilirdi.
Tam oxu
Xəbəri oxu