COP29 qlobal həmrəylik məkanı kimi dünyanın xilasına çalışır | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Hazırda ölkəmizin evsahibliyi etdiyi COP29 konfransı çərçivəsində keçirilən çoxsaylı müsaki
Sirr deyil ki, gənclər arasında ekoloji maariflənmə işinin gücləndirilməsində təhsil işçilərinin rolu əvəzsizdir.
Mövzu ilə bağlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizami rayon Komitəsinin sədri Subut Əsədova müraciət etdik.
O qeyd etdi ki, COP29 mükəmməl platformadır. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasətinin tarixi uğurudur.
Ciddi bəşəri problemlərin Bakıda müzakirə olunması və həlli yollarının araşdırılması ölkəmizin qüdrətindən xəbər verir.
Bununla yanaşı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası qlobal ekoloji böhranla mübarizə ilə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımdan da mükəmməl platformadır.
Şübhəsiz ki, COP29 iqlim savaşının qlobal həmrəylik məkanı kimi dünyanın xilasına çalışır.
Məhz bu baxımdan da ekoloji təhsil və maarifləndirilmə işi geniş vüsət almalıdır.
Tam oxu
Xəbəri oxu