Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji bir problem deyil, həm də mənəvi öhdəlikdir.
İqlim dəyişikliyi ilə mübarizə yalnız dövlətlərin deyil, hər bir fərdin, hər bir cəmiyyətin və bütün dövlətlərin birgə vəzifəsi olmalıdır.
Azərbaycan da bu sahədə qlobal səyləri dəstəkləyir, iqlim ədalətinə nail olmaq və ədalətli həllər tapmaq üçün beynəlxalq konsensusun əldə edilməsinə töhfə verir.
Bu baxımdan COP29 ölkələr arasında həmrəyliyi gücləndirmək üçün qlobal səviyyədə bir platformadır.
Bu gün dünya ölkələrinin və onların liderlərinin əsas öhdəliklərindən biri dayanıqlı inkişaf konsepsiyalarına üstünlük verərək bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atmaqdır.
Bəşəriyyətin gələcəyi üçün nəzərdə tutulan strategiyalar qlobal problemlərin həllində ən effektiv vasitələrdir.
Lakin bu hədəflərə çatmaq heç də asan deyil, çünki dünyanın müxtəlif bölgələrində problemlər fərqli şəkildə özünü göstərir və təxirəsalınmaz tədbirlər tələb edir.