Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yüksək səviyyəli təşkilatçılığı ilə seçilən COP29 iqlim dəyişmələri ilə yanaşı, bəşəriyyət üçün aktual olan bir çox problemlərin müzakirəsi baxımından da səmərəli platforma kimi dəyərləndirilməlidir.
Bu sırada dövrümüzün qlobal çağırışlarına rəğmən aparıcı iqtisadiyyatlara malik bəzi dövlətlərin müstəmləkəsi altında qalmış və üstəlik, ekoloji problemlərin fəsadlarından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin problemləri əhəmiyyətli yer tutur.
Belə ki, siyasi diktə altında sərvətləri talan edilən və istismara məruz qalan belə kiçik ərazilər planeti ağuşuna almış təbii kataklizmlərin yaratdığı fəsadlardan qurtulmaq üçün imkanlardan məhrum edilmişlər.Dünya ictimaiyyətinin diqqətini bu problemə cəmləmək baxımından COP29 çərçivəsində keçirilmiş kiçik ada dövlətlərinin sammiti (SIDS) mühüm və əlamətdar hadisədir.
Əslində, sağlam məntiqə söykənərək düşünmək olardı ki, dünyanın qlobal ekoloji problemləri Yer üzərində yerləşən bütün ölkələrə eyni dərəcədə aiddir və sonu bəşəri faciə ilə nəticələnə biləcək bu vəziyyətdən çıxış yolu dünya dövlətlərinin həmrəyliyindən keçir.Bu mənada Azərbaycan hər zaman örnək sayıla biləcək mövqe nümayiş etdirir.
Ölkəmiz indiyədək fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib.
Biz onların həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik.
10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb.