“COP29 sədrliyi COP30a dəstək verəcək” Muxtar Babayev KONKRET

24.11.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

COP29 sədrlik fəaliyyətini il ərzində davam edəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcək.

KONKRET.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un yekun plenar sessiyasında bildirib.

“Biz hamını yeni milli səviyyədə müəyyən edilmiş töhfələrini fevrala qədər təqdim etməyi tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik,” – o bildirib.

M.Babayev həmçinin COP29 konfransına qatılan bütün iştirakçılara Azərbaycana iqlim məsələsində göstərilən etimada görə təşəkkürünü bildirib.

“Bu imkanları bizə verdiyiniz üçün minnətdaram. Gəlin, birlikdə irəliləyək və yaşıl dünya naminə həmrəyliyimizi nümayiş etdirək,” – o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью