COP29 Sədrliyi Vyanada UNIDO və OPEC tədbirlərində ölkəmizi təmsil edəcək

08.07.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 iyul, AZƏRTAC

COP29 Sədrliyi BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Qlobal Yaşıl Sənayeləşmə Dialoqunda və OPEC beynəlxalq seminarında iştirak etmək üçün Vyanaya səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un rəsmi sosial şəbəkə hesabında paylaşım olunub.

Bildirilib ki, bu tədbirlər COP29 zamanı verilmiş öhdəliklərin ədalətli, planlı və bərabər əsaslı enerji keçidini necə təmin edə biləcəyi ilə bağlı müzakirələr aparmaq üçün əhəmiyyətli bir imkan olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью