Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 noyabr, AZƏRTAC COP29 digər ölkələrin mətbuatında da geniş işıqlandırılıb.AZƏRTAC xəbər verir ki, “Respublika Tatarstan” qəzetinin 23 noyabr tarixli sayında Azərbaycanın “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin “COP29: Ekoloji təhlükəsizlik naminə səylərin birləşdirilməsi” adlı məqaləsi dərc olunub.COP29 haqqında məqalənin “Respublika Tatarstan” qəzetində dərc edilməsi bu konfransın yalnız Azərbaycan üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün, həmçinin Rusiya Federasiyasının subyekti olan qardaş Tatarıstan üçün əhəmiyyətli olduğunu göstərməklə yanaşı, həm də mədəni-siyasi mahiyyətini vurğulayır.
COP29 haqqında məqalənin “Respublika Tatarstan” qəzetində dərc olunması Azərbaycanın növbəti qlobal uğurunun beynəlxalq səviyyədə təşviqinə daha bir nümunədir.Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın konfransın sədri kimi göstərdiyi səylərin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır.
Xüsusi diqqət Qarabağın bərpa olunan ərazilərində “ağıllı” texnologiyaların və dayanıqlı yanaşmaların istifadəsinə yönəldilib ki, bu da digər ölkələr üçün bir nümunə kimi göstərilib.Ölkəmizin beynəlxalq ekoloji gündəlikdə fəal iştirak etmək, bütün maraqlı tərəflərlə tərəfdaşlığı möhkəmləndirmək istəyi geniş şərh olunur.
Müəllif ilk dəfə Cənubi Qafqazda keçirilən BMT-nin ən böyük iqlim konfransının təşkilindəki uğurları xüsusilə qeyd edir.
“Respublika” qəzetinin baş redaktoru konfransın dünya liderlərini və nümayəndə heyətlərini bir araya gətirən və iqlim dəyişmələri ilə mübarizə sahəsində əsas həll yollarını təklif edən mühüm hadisəyə çevrildiyini vurğulayır.
Bakıda keçirilən COP29 təkcə qlobal ekoloji gündəliyini irəli aparmadı, həm də dünya Azərbaycanın beynəlxalq arenadakı liderliyinin tanınmasının şahidi oldu.
İqlim dəyişmələri ilə mübarizədə birləşmiş səylərin vacibliyinə diqqət çəkməklə qeyd olunur ki, təbii ehtiyatlar baxımından unikal potensiala malik olan Rusiya COP29-u fəal şəkildə dəstəkləyib.