Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerlə
AZƏRTAC xəbər verir ki, Mavi Zona UNFCCC tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır.
COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək.
Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaq.
Mavi Zonanı UNFCCCə təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurmuşdur.
Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılmışdır.
Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir.
Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.