Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. COP29 Sədrliyi çoxtərəfli beynəlxalq danışıqlar çərçivəsində uzun müddət açıq qalan məsəl
COP29-un saytına istinadla bildirir ki, Tərəflər COP29 Sədrliyinin il ərzində əsas prioritetlərindən biri olan bu nailiyyət naminə həm texni
Onların səyi nəticəsində illərlə davam edən danışıqlar başa çatıb və Paris Sazişinin yekun müddəası öz həllini tapıb.
6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksəkkeyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir.
Bu beynəlxalq əməkdaşlıq sayəsində milli iqlim planlarının (NDC) icra məsrəflərinin illik 250 milyard ABŞ dolları həcmində azalacağı gözlənilir.
COP29 Sədrliyi Tərəfləri qənaət olunan bu vəsaitləri yüksək iqlim ambisiyalarına yönəltməyə çağırır.
Fevral ayında keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə malikdir.
Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə edilib.