COP29 tədbirinin vaxtı uzadıldı

20.11.2024

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilən COP-29 tədbirinin müddəti uzadılıb.

Moderator.az Ajans.az-a istinadla xəbər verir ki, ilkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam edəcək.

Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.

Xatırladaq ki, COP-29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır və tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью